• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Qeyri-sabit hava nə qədər davam edəcək? - AÇIQLANDI
CƏMİYYƏT
11 Avqust 2025 | 17:24

Qeyri-sabit hava nə qədər davam edəcək? - AÇIQLANDI

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeotologiya Xidmətindən məlumat verilib.

    Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən gecə və səhər arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.


    SON XƏBƏRLƏR