ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşmək niyyətindəyəm”, - deyə Tramp bildirib.
O, bununla da görüşün Rusiyada baş tutacağını bəyan edib.
Amma Ağ Ev rəhbəri görüşün təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Rusiya liderlərinin avqustun 15-də Alyaskada görüşəcəyi barədə məlumat yayılmışdı.