• Bakı 17° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Real və Mançester Sitinin təkliflərini rədd etdi
İDMAN
06 May 2025 | 22:00

"Real" və "Mançester Siti"nin təkliflərini rədd etdi

Leverkuzen "Bayer"inin futbolçusu Florian Virts iki TOP klubun təklifini rədd edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

22 yaşlı yarımmüdafiəçinin "Real" və "Mançester Siti"dən olan təklifləri qəbul etməyib. Buna səbəb onun "Bavariya"da çıxış etmək istəməsidir. 

Bildirilir ki, Virtz artıq qərarını verib və Leverkuzen klubunun rəhbərliyinə və məşqçilərinə gələcəklə bağlı planlarını çatdırıb. Bu, "Bavariya"nın oyunçu ilə şəxsi şərtlərdə razılaşmağa yaxın olduğuna dair xəbərlərlə üst-üstə düşür.

Qeyd edək ki, Florian Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm komandasının heyətində 43 oyuna çıxaraq 16 qol vurub və 13 qolun ötürməsini edib. /qol.az


SON XƏBƏRLƏR

06 May 2025