q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Ronaldo yenə sərvətinə sərvət qatdı
İDMAN
14 May 2026 | 11:09

Ronaldo yenə sərvətinə sərvət qatdı

Dünyanın ilk milyarder futbolçusu Kriştiano Ronaldo biznes portfelinə daha bir investisiya əlavə edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldonun Braziliyada yerləşən CazéTV ilə əlaqəli beynəlxalq yayım platforması olan LiveModeTV-nin səhmlərini aldığı açıqlanıb. Portuqaliyalı ulduzun, xüsusən də 2026-cı il Dünya Kubokundan əvvəl rəqəmsal idman yayımı sektorunda böyüməyi hədəflədiyi bildirilir.

Qeyd edək ki, LiveModeTV-nin 2026-cı il FIFA Dünya Kuboku üçün pulsuz rəqəmsal yayım hüquqlarını təmin etmək üzərində işləyir. Şirkətin, xüsusən də Braziliya xaricindəki bazarlara genişlənməyə böyük sərmayə qoyduğu deyilir.

Kriştiano Ronaldonun ümumi sərvətinin təxminən 1,4 milyard dollar olduğu təxmin edilir. CR7 brendi, hotelləri, idman zalları və media investisiyaları ilə biznes dünyasında böyüməyə davam edən Ronaldonun gələcəkdə futbol klubu almağı da planlaşdırdığı bildirilir./Unikal


SON XƏBƏRLƏR

13 May 2026