• Bakı 27° C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Rubinyan onları hədələdi  
SİYASƏT
02 Avqust 2026 | 13:29

Rubinyan onları hədələdi  

Ermənistan parlamentinin spikeri vəzifəsinə yeganə namizəd olan Ruben Rubinyan müxalifəti əməkdaşlığa çağırsa da, eyni çıxışında "ən sərt üsullarla" cavab verməyə hazır olduqlarını bildirib.

Bakıvaxtı.az Musavat.com xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının parlament sədri postuna namizədi Rubinyan səsvermədən əvvəl çıxış edərək müxalifətə münasibətlərə "təmiz vərəqdən" başlamağı və daha konstruktiv işləməyi təklif edib.

O bildirib ki, cəmiyyətdə yeni çağırış parlamentinin əvvəlkindən daha zəif fəaliyyət göstərəcəyi barədə fikir formalaşıb və bu stereotipi birlikdə təkzib etməyi təklif edib.

"Bizim həmişə razılaşacağımızı və bir-birimizi təhqir etmədən davranacağımızı düşünəcək qədər sadəlövh deyiləm. Bu, "bütün dünyada sülh olsun" kimi tost səsləndirmək olardı. Mən parlamenti kəskin, amma sivil müzakirələrin meydanına çevirməyi təklif edirəm", - deyə Ruben Rubinyan bildirib.

Qeyd edək ki, Rubinyan seçkiqabağı kampaniya dövründə müxalifəti "vendetta" ilə hədələmişdi.

Hakim partiya təmsilçisi bugünkü günü hakimiyyətlə parlament müxalifəti arasında münasibətlərdə yeni başlanğıc adlandıraraq konstruktiv əməkdaşlığa çağırıb.

O bildirib ki, deputatlar siyasi polemika aparmaq üçün deyil, vətəndaşların maraqlarını təmsil etmək və problemlərini həll etmək üçün seçiliblər.

"Əgər bununla razısınızsa, mən və Manavazyan hakim siyasi qüvvə adından sizə buna uyğun münasibətə zəmanət veririk. Əgər əvvəlki qaydalarla işləmək istəyirsinizsə, "Vətəndaş Müqaviləsi" buna da tam hazırdır. Həm də ən sərt üsullardan istifadə etməklə", - deyə Rubinyan müxalifəti hədələyib.

Bununla yanaşı, o, namizədliyinin müxalifət tərəfindən dəstəklənəcəyini gözləmədiyini bildirib.

Çıxışının sonunda Rubinyan müxalifətdəki "Ermənistan" blokunun fraksiya rəhbəri Anna Qriqoryanı və "Güclü Ermənistan" blokunun fraksiya rəhbəri seçilən revanşist siyasətçi Narek Karapetyanı təbrik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026