• Bakı 25° C

    14.64 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?
DÜNYA
05 Iyul 2025 | 21:54

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Rusiyadakı turoperatorlar Azərbaycanda tətil üçün sifarişlərin sayında ciddi azalma qeydə almayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidməti Azərbaycan turlarına marağın azalması ilə bağlı mətbuatda yayılan informasiyaları təkzib edib.

RUTİ qeyd edib ki, əvvəllər Səyahət Agentlikləri Assosiasiyasının nümayəndələri tərəfindən sifarişlərin 30-40 faiz azalması ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

"Rusiya Səyahət Sənayesi İttifaqında bu məlumatı yoxladıq: turoperatorların dediyinə görə, bu, təsdiqini tapmayıb. Çox az sayda, norma daxilində sifariş ləğv olunub", - deyə onlar mesajda qeyd ediblər.

RUTİ əlavə edib ki, Azərbaycanın turizm sənayesi işçiləri rusiyalı turistlərə mehriban münasibət nümayiş etdirir.


SON XƏBƏRLƏR

05 Iyul 2025