• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Tramp Truth Social platformasına görə məhkəməyə verilib
DÜNYA
12 Avqust 2026 | 23:01

Tramp "Truth Social" platformasına görə məhkəməyə verilib

ABŞ-nin iki media təşkilatı Prezident Donald Trampı "Trump Media & Technology Group"a məxsus "Truth Social" sosial media platformasındakı ödənişli xidmətlərə görə məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, Intercept Media xəbər təşkilatı və Mətbuat Azadlığı Fondu Nyu-York Məhkəməsində hakimiyyət orqanlarına qarşı iddia qaldırıb.

İddia ərizəsində qeyd olunur ki, "Truth Social"ın öz xidmətlərini ödənişli etməsi korrupsiya əlamətidir və konstitusiyaya ziddir.

Trampın yalnız əsas səhmdarı olduğu platformada rəsmi hökumət elanlarını dərc etməsi və yüksək vəzifəli məmurlara pullu xidmət etməsi məhkəmədə mübahisələndiriləcək. Bildirilir ki, Trampın rəhbəri olduğu "Trump Media & Technology Group" şirkəti "Truth Social" sosial media platformasının fəaliyyətindən ayda 100 min dollara yaxın gəlir əldə edir.

Ərizədə iddia olunur ki, "Truth Social"da məlumatların götürülməsinə qoyulan qadağa da qanuna ziddir və jurnalistlərin xəbər hazırlama işini ləngidir və mətbuat fəaliyyətinə zərər verir, həmçinin ictimaiyyətin və mətbuatın ictimai məlumatlara bərabər çıxış hüququnu məhdudlaşdırmaqla konstitusiyanı pozur.

Ərizədə rəsmi hökumət elanlarının pullu platforma vasitəsilə verilməsi praktikasının dayandırılması tələb olunurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026