ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Kiyevə səfəri uzunmüddətli olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak öz teleqram səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ tərəfi ilə danışıqlar müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silah tədarükü, sanksiya siyasəti, əhalinin müdafiəsi, həmçinin Ukrayna-ABŞ əməkdaşlığının genişləndirilməsi məsələlərinə yönələcək.
***10:24
ABŞ-nin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Kit Kelloq Kiyevə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Bundan əvvəl K.Kelloq Ukraynada bir həftə qalacağını bildirmişdi.