• Bakı 30° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

DOST şəbəkəsinin genişləndirilməsi strategiyası təqdim olundu

CƏMİYYƏT

14 Iyul 2025 | 11:17

DOST şəbəkəsinin genişləndirilməsi strategiyası təqdim olundu

DOST şəbəkəsinin genişləndirilməsi strategiyası ictimaiyyətə nümayiş etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) tərəfindən təşkil olunan təqdimatda nümayiş olunub.

Təqdimatda ölkə üzrə mövcud və gələcək DOST mərkəzləri, eləcə də regional filialaşdırma planları əks olunub.

Qeyd olunub ki, hazırda ümumilikdə ölkə üzrə 7 DOST mərkəzi fəaliyyət göstərir. Bunlardan 5-i Bakıda, 1-i Sumqayıtda, digəri isə Bərdə şəhərində yerləşir. Təqdimat zamanı qeyd olunub ki, 2025-ci ilin sonunadək ümumilikdə 17 regional DOST mərkəzi və 55 rayon filialının istifadəyə verilməsi planlaşdırılır.

Təqdimatda həmçinin Ağalı kəndində fəaliyyət göstərən DOST mərkəzi, eləcə də Şuşa DOST filialının fəaliyyəti xüsusi vurğulanıb. Bu addım DOST xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına yönəlib.

Qeyd edək ki, bu strategiya Prezident İlham Əliyevin sosial islahatlar kursuna uyğun olaraq və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial xidmətlərin optimallaşdırılması siyasətinin tərkib hissəsidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR