• Bakı 27° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
DÜNYA
12 Avqust 2026 | 22:49

Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb

Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər, hərbi əməkdaşlıq müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Liviyaya etdiyimiz səfər çərçivəsində Tripoli və Benqazidə son dərəcə məhsuldar təmaslarda olduq", - o bildirib və əlavə edib ki, səfər Ankaranın "Tək Liviya" siyasətinin isbatıdır.

H. Fidan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Liviyadakı siyasi prosesi, regional hadisələri və təhlükəsizlik məsələlərini müzakirə edib.

Benqazidə Liviya Milli Ordusunun Baş Komandanı Marşal Xəlifə Həftər və digərləri ilə müdafiə gündəliyinə dair əhatəli məsləhətləşmələr aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR