Yevlaxın Salahlı kəndi yaxınlığından keçən avtomagistralda baş verən qəza nəticəsində yaralananların kimliyi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, yaralananlardan üçünün kimliyi məlum olub.
Belə ki, yaralananlar 2005-ci il təvəllüdlü Nihat Sabir oğlu Hacızadə, 2009-cu il təvəllüdlü Rza Mürşüd oğlu Xurşidov və 1998-ci il təvəllüdlü Akşin Eldəniz oğlu Hüseynovdur.
Yaralı Akşin Hüseynov həm də bədən sınıqları səbəbindən əməliyyat olunub.
***
20:54
Yevlaxın Salahlı kəndi yaxınlığından keçən avtomagistralda baş verən qəza nəticəsində 5 nəfər yaralı xəstəxanaya çatdırılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yaralılardan 2-si Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Mingəçevirə aparılıb.
Yaralılardan iki nəfər hadisə yerində ölüb.
Onların kimliyi dəqiqləşdirilir.
***
19:58
Yevlaxda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Salahlı kəndi yaxınlığından keçən avtomagistralda baş verib.
İlkin məlumata görə, qəza zamanı "Mersedes" və "Naz lifan" markalı avtomobillər toqquşub.
Qəza zamanı ölənlər və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Bakı 











