• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Türkiyə və İspaniya XİN başçıları arasında telefon danışığı olub
DÜNYA
10 Yanvar 2025 | 18:00

Türkiyə və İspaniya XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə telefon danışığı zamanı Suriyanın bərpası və dəstəklənməsi yollarını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə XİN-dəki mənbə məlumat verib.

"Yanvarın 10-da xarici işlər naziri Hakan Fidan İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albareslə telefon danışığı aparıb. Tərəflər Suriyada sülh və sabitliyin möhkəmləndirilməsi üçün beynəlxalq dəstəyin göstərilməsinin vacibliyini müzakirə ediblər. Humanitar yardım göstərilməklə ölkənin bərpası üçün atıla biləcək addımlar müzakirə olunub", - mənbə bildirib.

Bundan başqa, nazirlər Qəzza zolağında mövcud vəziyyəti də qiymətləndiriblər.


SON XƏBƏRLƏR