• Bakı 21° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Vuçiçdən sərt qərar: Silah ixracı tamamilə dayandırıldı
DÜNYA
23 Iyun 2025 | 22:00

Vuçiçdən sərt qərar: Silah ixracı tamamilə dayandırıldı

Serbiyadan silah-sursat ixracı tamamilə dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının geniş iclasında bildirib.

O qeyd edib ki, hazırda istehsal olunan silah-sursat kazarmalara və ehtiyat anbarlara yığılır. Prezident yeni doktrinaya görə, Serbiya ordusunun müqayisə edilməyəcək dərəcədə güclü olacağını bildirib:

“Rəqəmsal hərbi platformanın formalaşdırılması ilə bağlı qərar qəbul edilib. Bu proqramın həyata keçirilməsi 4-5 il çəkəcək. Ordunun modernləşdirilməsi baxımından ötən 10 ildə, xüsusən də son bir ildə çox iş görülüb. Bizim tezliklə güclü pilotsuz uçuş aparatlarımız olacaq”.

Aleksandar Vuçiç sentyabrın 19-da və ya 20-də Serbiya ordusunun paradının təşkil ediləcəyini deyib. Bildirib ki, parada azı 10 min əsgər qatılacaq və bu, ölkə tarixində ən böyük parad olacaq./axar.az


SON XƏBƏRLƏR

23 Iyun 2025