• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Yunanıstanın Serres və Oreokastro şəhərlərində meşə yanğınları baş verib
DÜNYA
02 Iyul 2025 | 09:40

Yunanıstanın Serres və Oreokastro şəhərlərində meşə yanğınları baş verib

Yunanıstanın Serres şəhərində və Saloniki yaxınlığında yerləşən Oreokastro bölgəsində meşə yanğınları başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan Yanğınsöndürmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, Oreokastroda meşəlik ərazidə alovun sürətlə yayılması təhlükəsi var. Hazırda əraziyə yanğınsöndürənlər, xüsusi texnika və hava dəstəyi cəlb edilib.

Eyni zamanda, Serres bölgəsində başlayan yanğının da nəzarət altına alınması üçün işlər davam etdirilir. Rəsmilər havanın isti və küləkli olması səbəbindən yanğınların genişlənmə riskinin yüksək olduğunu qeyd edirlər.

Yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa çağırıb və bəzi yaşayış məntəqələrinin təxliyə edilə biləcəyini istisna etməyiblər. Yanğınların səbəbi ilə bağlı araşdırmalara başlanılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Iyul 2025