Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbi Avropanın yenidən neonasist və militarist siyasətə üstünlük verdiyini bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, keçirdiyi brifinqdə çıxış edən diplomat Sovet əsgərləri tərəfindən faşizm və nasizmdən xilas edilən Qərbi Avropanın bu azadlığı cəmi 80 il qoruya bildiyini vurğulayıb.
Zaxarova qeyd edib ki, hazırda Qərbi Avropa bütün gücü ilə yenidən neonasist militarist canavarına çevrilməyə cəhd edir.
Zeynəb Rzayeva
Bakı 











