• Bakı 23° C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib

DÜNYA

02 Iyul 2025 | 12:55

Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Baxış iclası iyulun 16-na təyin edilib.

    Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
    O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.


    SON XƏBƏRLƏR

    03 Iyul 2025