• Bakı 23° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Pezeşkian Azərbaycana gəldi - FOTO - YENİLƏNİB

SİYASƏT

04 Iyul 2025 | 10:11

Pezeşkian Azərbaycana gəldi - FOTO - YENİLƏNİB

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    08:58

    İran Prezidenti Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak edəcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi bildirib.

    O qeyd edib ki, Pezeşkianın Azərbaycanda bir sıra dövlət başçıları, o cümlədən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə ikitərəfli görüşlər nəzərdə tutulub.


    SON XƏBƏRLƏR