• Bakı 23° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Lukaşenko Trampı təbrik edib

DÜNYA

04 Iyul 2025 | 09:09

Lukaşenko Trampı təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko həmvətənləri və şəxsən öz adından Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

"Sizin birinci prezidentliyiniz dövründə Minsk və Vaşinqton münasibətlərin normallaşması yoluna qədəm qoydular. Təəssüf ki, müəyyən məqamda Belarus-ABŞ əməkdaşlığı həmin müsbət xətdən kənara çıxdı. Mən əminəm ki, bu vəziyyət nə ölkələrimizin, nə də xalqlarımızın milli maraqlarına uyğun gəlmir. Artıq bunu dəyişməyin vaxtı çatıb", - Lukaşenko qeyd edib.

O həmçinin qeyd edib ki, Belarus həmişə ABŞ-la konstruktiv və hörmətli dialoqun qurulmasının tərəfdarı olub.


SON XƏBƏRLƏR