• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

13 yaşlı qız smartfona görə anasını öldürdü

DÜNYA

18 Yanvar 2023 | 23:25 | Müəllif: Subhan Mahmudov

13 yaşlı qız smartfona görə anasını öldürdü

Yaponiyanın Şizuoka prefekturasında məktəbli qız yatmış anasını vəhşicəsinə bıçaqlayaraq ölümünə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, yataq otağında bıçaqlanmış qadını aşkar edən xadimə polisə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları 13 yaşlı qızın anasına ölümcül yaralar vurduğunu bildiriblər, qız törətdiyi əməli polisə etiraf edib.

Məlum olub ki, məktəbli qətldən bir qədər əvvəl daim smartfondan istifadə etdiyi üçün anası ilə mübahisə edib və onu öldürmək qərarına gəlib. Qız anası yuxuya gedənə qədər gözləyib, yataq otağına girib və qadına bıçaqla hücum edib. Həmin bıçaq hadisə yerində aşkarlanıb.(oxu.az)

Məktəbli yetkinlik yaşına çatmayan cinayətkarlarla iş üçün xüsusi müəssisəyə yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026