• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Mark Rutte ilə Vladimir Zelenski arasında görüş oldu

DÜNYA

17 Fevral 2023 | 17:42

Mark Rutte ilə Vladimir Zelenski arasında görüş oldu

Kiyevdə səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram”da bildirib.

O, Ukraynanın dostunu - Niderlandın Baş naziri Mark Rutteni Kiyevdə salamlamaqdan məmnun olduğunu vurğulayıb.

Zelenski qeyd edib ki, Niderland Ukraynaya hərbi, maliyyə, humanitar yardım sahəsində liderlərdən biridir.

“Bütün ukraynalılar bu dəstəyə görə həmişə minnətdar olacaqlar və bunu heç vaxt unutmayacaqlar”, - Zelenski əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026