Tanınmış teleaparıcı Günay Yelmarqızı taksi sürücüsünün qəzəbinə tuş gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, facebook hesabında məlumat yayıb. Teleaparıcı bildirib ki, sürücü maşını qəsdən onun üzərinə sürüb:
““Bolt”la işə gəlirəm. 4 manat gediş haqqı yazıb. "ATV"-yə çatanda 5 manat verdim. Dedim ki, zəhmət olmasa 4 manat çıxın. Sürücünün xoşuna gəmədi nəsə. Kobudluq etməyə başladı: “Nə qədər çıxmalı idim ki?” Deyirəm, 4 manat yazıb, mən də deyirəm ki, 4 manat çıxın da. Deyir ki, bilirəm də 4 manatdır. Görmürəm? Düzü bu hikkəni anlamadım. Adətən hansısa məbləği uzadırıq və deyirik ki, filan qədər çıxın. Bu cür insanlarla uzun deyişmədən də qaçdığım üçün söhbəti uzatmadım.
Düşdüm. Sadəcə dedim ki, bu nə danışıq tərzidir? Belə xidmət olmur. Maşının arxasından keçəndə üzərimə sürdü, arxada olduğumu bilə-bilə. Maşını vururam ki, nə edirsiz, arxadan keçirəm. Yenə dayanmır. "ATV" mühafizə xidməti belə bunu hiss etdi və çıxıb irad bildirdi. Ondan sonra başladı qışqıraraq məni günahkar çıxarmağa. Baxdım və düşündüm ki, bu adamın ən böyük cəzası elə bu tərbiyədə və xarakterdə olmağıdır. Ona görə nömrəsin paylaşıb şikayət etmədim. Onu qurban edirəm içimdəki insanlıq duyğusuna. Sadəcə bölüşürəm, nümunə olsun başqa sürücülərə",-deyə bildirib.
Günay Yelmarqızı sonda qeyd edib ki, adətən ödənişi tam verir. Heç vaxt qəpik qalığı almır: "Hətta 3 manat 5 qəpik və ya 10 qəpik olsa belə 4 manat ödəyirəm. Amma görünən odur ki, bəziləri buna layiq deyil”.
Xəyalə Rza
















