Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33 il ötür.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
Elm və təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir kecirilib. Dövlət Himnimizin sədaları altında başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Tədbir zamanı kollecin 2674 saylı qrup tələbələri Ömər Ağazadə və Aytən Baxışova, 121-ci qrup tələbəsi Aydan Ələkbərli həmin gecənin xalqımız üçün hec vaxt unudulmaz bir gün olduğunu bildiriblər. Bu amansız faciənin demokratiya və milli azadlıq uğrunda mübarizəni boğmaq məqsədi daşıdığı söyləyən tələbələr daha sonra 20 Yanvar hadisəsini əks etdirən şeirlər söyləyiblər.
Kollecin tarix müəllimi Qələndər Muxtarlı qeyd edbi ki, yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutub. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilib, 700-dən artıq vətəndaş yaralanıb və xəsarət alıb. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olub, qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olub.
Q.Muxtarlı qeyd edib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanınbugünkü nəslidə, gələcəknəsilləridə bu şəhidlərinqəhrəmanlığındannümunə götürəcəklər. Azərbaycanxalqınınmilliazadlığını qorumaq üçün, müstəqilliyiniqorumaq üçündaimmübarizədə olacaqlar. Daimqəhrəmanlıqnümunələri, vətənpərvərliknümunələrigöstərəcəklər. Onagörə də bu şəhidlərinhəlakolması bizim üçünnə qədərqəm-qüssə doğurursa, nə qədərağıritkidirsə, oqədərdə xalqımız üçünqəhrəmanlıqnümunəsikimi, örnəkkimibizimmillisərvətimiz, milliiftixarımızdır.
Dövlətmüstəqilliyimizinbərpası, azadlığımız üçünilknövbədə 20 Yanvar şəhidlərimizə borcluyuq.











jpg-1676723917.webp)
jpg-1676723771.webp)



jpg-1676697729.webp)






