• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

2027-ci ilədək 3 rayonda 24 kənd tikiləcək

CƏMİYYƏT

20 Oktyabr 2023 | 17:22

2027-ci ilədək 3 rayonda 24 kənd tikiləcək

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na görə, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında üç şəhər mərkəzi, beş qəsəbə və 24 kəndin tikintisi nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri” mövzusunda baş tutan paneldə deyib.

“Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Bu kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb. Ağalı kəndinin idarəedilməsinə cəlb olunan əməkdaşlarımızın əksər hissəsi məhz buranın sakinləridir”, - deyə N.Cəfərov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR