• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

28 amerikalı Əfqanıstandan təxliyə olundu

DÜNYA

19 Sentyabr 2021 | 00:25 | Müəllif: Subhan Mahmudov

28 amerikalı Əfqanıstandan təxliyə olundu

"Qatar Airways" şirkətinin təyyarəsi Əfqanıstan paytaxtından 28 amerikalı və ABŞ-da yaşamaq icazəsi olan 7 nəfəri təxliyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında deyilir.

O, "Taliban"ın təxliyə işlərinə kömək etdiyini vurğulayıb.

"Beynəlxalq ictimaiyyət "Taliban"ın bu uçuşlarda əməkdaşlığını alqışlayır. ABŞ vətəndaşlarının və əfqanların tam sərbəst hərəkətini təmin etmək üçün əməkdaşlığımızı davam etdirəcəyik", - Prays əlavə edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026