İranın Urmiya şəhərində yerləşən zavodların birində 51 işçi qazdan zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, işçilərin zəhərlənməsinə səbəb ammonyak sızması olub.
Məlumata görə, zəhərlənən işçilərdən 4-ü hazırda xəstəxanadadır. Digərlərinin vəziyyəti isə sabit olduğundan evə buraxılıblar. /Qafqazinfo
















