• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Beyləqanda 7 şəhidlə vida mərasimi keçirilib 

CƏMİYYƏT

12 Iyul 2024 | 09:23

Beyləqanda 7 şəhidlə vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Mustafayev Qərib Həsrət oğlu və Mirzəyev Məmməd Hüseyn oğlunun cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.

Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduqları və uğrunda həlak olduqları Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026