• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

8 Noyabr prospektində hərəkət yenə dayandı - VİDEO

CƏMİYYƏT

24 Sentyabr 2024 | 09:46

8 Noyabr prospektində hərəkət yenə dayandı - VİDEO

Xətai rayonu 8 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin qismən aradan qaldırıldığı deyilsə də, bu gün səhər saatlarından yenə sözügedən istiqamətdə hərəkət tamamilə dayanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən və şərhlərdən aydın olur ki, prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən mərkəz istiqamətində yüzlərlə avtomobil tıxacda qalıb. Sürücü və sərnişinlər maşından enərək gözləmək və ya piyada hərəkət etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, ötən gün 8 Noyabr prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkətinin qismən bərpa olunduğu bildirilirdi.

Həmin görüntüləri təqdim edirik:

 

 


8 Noyabr prospektində hərəkət yenə dayandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026