• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

82 yaşlı dizayner altıncı dəfə ata oldu

MƏDƏNİYYƏT

10 Mart 2023 | 20:46 | Müəllif: Subhan Mahmudov

82 yaşlı dizayner altıncı dəfə ata oldu

İtalyan dizayner Roberto Kavalli altıncı dəfə ata olub.

Onun model Sandra Nilssondan ilk övladı dünyaya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Kavalli bildirib ki, doğuş bir həftə əvvəl Florensiyada baş verib.

"Uşağın adı Corciodur, mənim atamın babası kimi... O, mən dörd yaşında olanda Kavrilladakı qırğın zamanı nasistlər tərəfindən güllələnib. Körpə gözəldir və onu doğuşdan dərhal sonra görmək çox həyəcanlı idi", - Kavalli bildirib.

Qeyd edək ki, Roberto Kavalli və Sandra Nilsson 2014-cü ildən birlikdədirlər, lakin münasibətlərini rəsmi olaraq qeydə almayıblar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026