• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Hökumətimizə nə olub ki, abidələri iş adamlarına verək - Spikerdən deputata

SİYASƏT

22 Aprel 2025 | 13:46

Hökumətimizə nə olub ki, abidələri iş adamlarına verək - Spikerdən deputata

"Nə isə yaddan çıxıb qalıb ki, biz indi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır.  Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.

Onun sözlərinə görə, abidələrin bir çoxu uçub-dağlır:

"Həmin abidələrin sarayından gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur".

Deputat qeyd edib ki, həmin abidələri hansısa iş adamlarına vermək olar ki, bərpa etsinlər və orada bir şey yaratsınlar:

"Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə, nə olsun?"

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın sözlərinə münasibət bildirib:

"Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökümətinə nə olub ki, bunlar mütləq biznesmenlərə verilə?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır. Siz nə danışırsınız?"

Mina Mikayılova


SON XƏBƏRLƏR