ABŞ Dövlət Katibinin müşaviri Vendi Şermanın Çinə səfəri nəticə vermədi.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı münasibətlər soyuq qalmağda davam edir.
Çinin xarici işlər nazirinin müavini Se Fenq bildirib ki, ABŞ diqqəti daxili siyasi problemlərdən yayındırmaq üçün Çini "xəyali düşmən" etmək istəyir: "Çin-ABŞ münasibətləri durğun vəziyyətdədir və ciddi çətinliklərlə üzləşir".
Təxminən dörd saatlıq görüşdən sonra Şerman özü müzakirənin səmimi və açıq olduğunu söyləib. Gözlənildiyi kimi konkret bir nəticə əldə olunmadı. Amerika tərəfi liderlər arasında görüşmə ehtimalının da müzakirə edilmədiyini söylədi.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















