• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-da qar fırtınası: 9 nəfər ölüb

DÜNYA

03 Fevral 2023 | 00:25 | Müəllif: Subhan Mahmudov

ABŞ-da qar fırtınası: 9 nəfər ölüb

ABŞ-da qar fırtınası bu həftə bir sıra yol qəzalarına səbəb olub.

Bakıvaxtı.az ki, sözügedən yol qəzaları nəticəsində azı 9 nəfər həlak olub.

Bildirilir ki, ölüm hallarından 7-si Texas ştatında, 2-si isə Oklahoma və Kanzasda qeydə alınıb.

Bundan əlavə, əlverişsiz hava şəraiti ilə əlaqədar həftənin əvvəlindən bir neçə min aviareys təxirə salınıb. Arkanzas, Tennessi, Texas və Oklahoma ştatlarının bir sıra rayonlarında məktəblərdə dərslər ləğv edilib. Bəzi rayonlarda temperaturun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.

"Poweroutage.us" portalı bildirir ki, qar fırtınası səbəbindən ölkə üzrə yarım milyondan çox ev və müəssisə işıqsız qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026