• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Neft kəməri partladı - Xeyli sayda ölü var

DÜNYA

04 Mart 2023 | 20:15

Neft kəməri partladı - Xeyli sayda ölü var

Nigeriyanın cənubunda neft oğurluğu zamanı boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Rivers ştatının rayonlarından birinin səlahiyyətli nümayəndəsi Çidi Lloyda istinadən məlumat yayıb.

Daha əvvəl polis 12 nəfərin öldüyü barədə məlumat vermişdi. Lloydun sözlərinə görə, insanlar oğurlanmış nefti yük maşınlarına yükləyərkən ölüblər.

Partlayışdan sonra boru kəmərinə bağlanan yerdə yanğın başlayıb və uzun müddət söndürülə bilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026