• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ-da təyyarə qəzası - ölənlər və yaralılar var

DÜNYA

01 Sentyabr 2024 | 09:42

ABŞ-da təyyarə qəzası - ölənlər və yaralılar var

ABŞ-da “Cessna 421C” təyyarəsi Oreqon ştatının Fervyu qəsəbəsində yaşayış evlərinin olduğu əraziyə çırpılıb.

Bu barədə Bakıvaxtı.az “Associated Press”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Portlend-Troutdeyl hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.

Maltnom qraflığının şerif ofisinin məlumatına görə, təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib.

Yanğın ən azı dörd evi əhatə edib, xəsarət alan iki nəfərə yardım göstərilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026