• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ delta ştammı ilə bağlı hərəkətə keçir

DÜNYA

02 Iyul 2021 | 09:02

ABŞ delta ştammı ilə bağlı hərəkətə keçir

ABŞ peyvəndlənmə faizinin aşağı olduğu və delta ştammının geniş yayıldığı zonalara heyət göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin koronavirusla mübarizə üzrə koordinatoru Ceff Zients deyib.

O bildirib ki, göndəriləcək qruplar yerli mütəxəssislərlə çalışacaq, dərman preparatlarının təminatı, bölgələrdəki peyvəndləmə mərkəzinə əlavə tibbi heyətin göndərilməsi məsələlərini həll edəcək:

“Delta ştammı vaksinasiyanın zəif olduğu ölkələr üçün böyük risk təşkil edir. Ölkə üzrə baxdığımızda pandemiya üzərində böyük irəliləyiş əldə etdiyimizin fərqindəyik. Lakin əyalət və şəhər səviyyəsində peyvənddən imtina edən toplumların virusa qarşı müdafiəsiz qaldığını və delta variantının yayılmağa başladığını görürük”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026