ABŞ Dövlət Departamenti Polşaya AH-64E Apaçi hücum helikopterlərinin ümumilikdə 12 milyard dollarlıq satışını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Varşava Vaşinqtondan 96 helikopter, eləcə də müxtəlif ehtiyat hissələri, sistemlər və silahlar almaq niyyətindədir.
Təklif olunan satış Polşaya düşmənlərin qarşısını almağa və NATO əməliyyatlarında iştirak etməyə qadir olan güclü qüvvə ilə təmin etməklə onun cari və gələcək təhlükələrlə üzləşmək qabiliyyətini gücləndirəcək.
















