“ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdan çıxarılması respublikanın sabitliyini və təhlükəsizliyini qorumaq üçün zəruridir”.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri İraqın Baş naziri Məhəmməd əl-Sudani Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
"Biz İraqda koalisiya qüvvələrinin buraxılması prosesinə dərhal başlamaq istəyirik, çünki onların çıxarılması ölkəmizdə təhlükəsizliyin və sabitliyin qorunması, habelə koalisiyaya üzv ölkələrlə konstruktiv münasibətlərin davam etdirilməsi üçün lazımdır".
İraq hakimiyyətini beynəlxalq alyansdan qoşunların çıxarılması prosesini sürətləndirməyə məcbur edən digər amil İraq təhlükəsizlik qüvvələrinin qərargahına edilən hücumlardır”, - deyə Baş nazir qeyd edib.
"İraqın hərbi infrastrukturuna hücumlar fonunda biz koalisiya qüvvələrinin İraqdakı missiyasına son qoymaq üçün dialoqa başlamalıyıq", - o əlavə edib.
Günəş Mərd
















