ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda daşınmaz əmlak sektorunda fırıldaqçılıq ittihamı ilə 354,9 milyon dollar cərimələnib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, cəriməyə əlavə olaraq, Trampa üç il, övladlarına isə iki il müddətinə Nyu-Yorkda öz şirkətlərində yüksək vəzifələrdə işləmək və banklardan kredit götürmək qadağan edilib.
Qeyd edək ki, Tramp 2023-cü il oktyabrın 2-dən bəri iş üzrə Nyu-Yorkda keçirilən dinləmələrdə dəfələrlə iştirak edib özünə qarşı irəli sürülən ittihamları rədd etmişdi.
Günəş Mərd
















