Birləşmiş Ştatlar Rusiya və Ukrayna ilə bağlı danışıqlarda irəliləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına açıqlamasında deyib.
Ondan Ukrayna ilə bağlı Rusiya ilə razılaşmanın hazır olduğuna əmin olub-olmadığını soruşublar. "Siz çox yaxşı söz işlətdiniz - planlaşdırılır. Bəli, əminəm", - Uitkoff cavab verib.
"Mənim onunla (Rusiya prezidenti - red.) artıq üç görüşüm olub. Son görüş beş saata yaxın davam edib və ofisdə onun ən yaxın iki müşaviri də olub. Bu, vacib görüş idi", - o əlavə edib.