• Bakı 19° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi

DÜNYA

28 Mart 2024 | 20:14

ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb - Kirbi

Rəsmi Vaşinqton ABŞ-nin "Crocus City Hall"da terror aktı təhlükəsi barədə qabaqcadan Rusiyanı məlumatlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Martın 22-də baş verən hücumdan əvvəl ABŞ Rusiya hakimiyyətinə terror təhlükəsi ilə bağlı aydın və ətraflı məlumat verib”, - deyə Kirbi qeyd edib. 

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ABŞ-nin Rusiyaya terror aktları ehtimalı ilə bağlı ümumi məlumat ötürdüyünü bildirərək, Rusiya tərəfinin bunu nəzərə aldığını qeyd edib.


SON XƏBƏRLƏR

27 Aprel 2024