• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

CƏMİYYƏT

20 Iyul 2022 | 00:40

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

Amerika Birləşmiş Ştatları (ABŞ) bu həftə Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemi və döyüş sursatları, həmçinin artilleriya mərmiləri daxil olmaqla yeni hərbi yardım paketi ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bu həftənin sonunda administrasiya prezident tərəfindən Ukrayna üçün yeni silah və hərbi texnika paketinin ayrılacağını elan edəcək. Bu paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha çox HIMARS sistemləri, həmçinin reaktiv yaylım atəş sistemi və artilleriya mərmiləri üçün əlavə sursatlar daxil olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026