• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

AFFA Müşahidə Şurası ideyasından imtina etdi

İDMAN

14 Avqust 2022 | 10:22

AFFA Müşahidə Şurası ideyasından imtina etdi

Misli brendi Premyer Liqamıza sponsor olduqdan sonra bütün klublarda Müşahidə Şurasının yaradılması məsələsi gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, ilk gündən AFFA tərəfindən klublarda Müşahidə Şurası yaradılması fikri irəli sürülüb. Bu, sponsor şirkət tərəfindən hər bir kluba 3 milyon manatın veriləcəyi ilə bağlı olub. 

Lakin ideya heç də bütün klublar tərəfindən dəstək qazanmayıb. Məsələn, “Qarabağ” Müşahidə Şurasının yaradılmasının və AFFA-nın nümayəndəsinin klubda təmsil olunmasının əleyhinə çıxıb. 

Saytımıza daxil olan xəbərə görə, 2 gün əvvəl AFFA rəsmiləri ilə klub nümayəndələri arasında görüş keçirilib. Yekunda bütün klublarda müşahidə şurası yaradılması ideyasından imtina olunub.

Hazırda sponsor şirkət tərəfindən klublara ayrılacaq 3 milyon manata nəzərətlə əlaqədar digər hüquqi mexanizmlər barədə düşünülür.


SON XƏBƏRLƏR

26 Aprel 2024