• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı xokkeyçi oyun zamanı dünyasını dəyişdi - VİDEO

İDMAN

13 Sentyabr 2022 | 00:19 | Müəllif: Subhan Mahmudov

Rusiyalı xokkeyçi oyun zamanı dünyasını dəyişdi - VİDEO

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində keçirilən oyun zamanı xokkeyçi dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə “Harmoniya” xokkey komandasının “Krioqen” komandasına qarşı oyununda baş verib.  “Harmoniya”nın 47 yaşlı müdafiəçisi Konstantin Moruqin oyun zamanı dünyasını dəyişib.

Oyunçu anidən huşsuz halda buzun üzərinə yıxılıb. Həkimlər dərhal müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xokkeyçinin ürəyinin dayandığı bildirilib. Ölümün səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026