İngiltərə Premyer Liqasında 8-ci turun üç oyunu təxirə salınıb.
Bakıvaxtı.az turnirin saytına istinadən xəbər verir ki, təxirə salınan matçlar "Çelsi" - "Liverpul", "Mançester Yunayted" - "Lids Yunayted", "Kristal Pelas" - "Brayton" görüşləridir. Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi ilə əlaqədar bu addım atılıb. Daha əvvəl sentyabrın 18-i keçirilməsi planlaşdırılan sözügedən görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
16-17 sentyabrdakı oyunlar isə təyin olunduğu vaxtda keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl 7-ci turun matçları təxirə salınmışdı.
















