• Bakı 19° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ağ bayraq qaldırmağa belə məcbur oldular - VİDEO

GÜNDƏM

30 Sentyabr 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

Ağ bayraq qaldırmağa belə məcbur oldular - VİDEO

İldırım sürəti ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin yekununda Ermənistan silahlı qüvvələri öz mövcudluğu dayandırdı. Hansı ki bir zamanlar, uzun illər əvvəl bu silahlı qüvvələrə sürreal olaraq "Dağlıq Qarabağın müdafiə ordusu" adı verilmişdi.

Həmçinin ölkəmizin işğal olunmuş ərazisində özünü hakimiyyət elan edən qeyri-qanuni xuntanın "hakimiyyət orqanları" onsuz da mövcud olmayan varlıqlarına de-fakto son qoydular.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yeni videosüjet yayımlanıb.

Beləliklə, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri altında erməni silahlı birləşmələri bir sutkadan da az müddət ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Özlərini prezident, nazir, deputat və digər bu kimi psevdo rəhbər və psevdo məmur olaraq adlandıran şəxslər isə illər əvvəl elan edilən qondarma respublikanın hətta virtual şəkildə də mövcudluğunun sonunun çatdığını fakitiki olaraq qəbul etməli oldular.

Daha ətraflı videosüjetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026