• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

“Ağakərim mənim qardaşımdır, ola bilər sizdə bacı-qardaş...”- Nazənin əsəbləşdi

MƏDƏNİYYƏT-ŞOU

30 Iyun 2022 | 18:21

“Ağakərim mənim qardaşımdır, ola bilər sizdə bacı-qardaş...”- Nazənin əsəbləşdi

"Hər zaman demişəm, yenə də deyirəm ki, Allah ətrafımızdakı yaxşı insanları çox etsin, onları bizim başımızın üstündən əskik etməsin. Vallah həyat qısadır, 5 günlük dünyadır. İnsana həyatda yalnız yaxşılıq qalır. Niyə bəzi insanlar həyatda yaxşılıq yerinə, pislik edirlər, hamıya pis gün arzulayırlar. Onlara insan demək olmaz, onlar məxluqlar, yaratıqlardır. İstəsək də, istəməsək də bu tip insanlarla da qarşılaşırıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur və sevilən müğənni Nazənin Salayeva deyib. O daha sonra sosial şəbəkələrdə onun və prodüsseri Pərvizin ünvanına yazılan təhqirlərdən danışıb. Müğənni bildirib ki, bunlar təsadüfən baş vermir, insanlar məqsədyönlü edirlər.

"Mənim dəyərli meyxana ustadımız, dostum Ağakərimlə şəkilimi yan-yana qoyub, artıq-əskik söz yazan, şərəfsiz! Sən bir keçmişinə bax gör nə gündəsən, ay bədbəxt! Sən bilsən ki, nə gündəsən, özün-özünü yandırarsan ay yazıq! Bunu hamı bilir ki, Kərim mənim qardaşımdır, ölən günümə qədər də qardaşım olacaq. Ola bilər ki, sizin ailədə bacı-qardaş başqa cür olur, amma o mənim qardaşımdır, mən də onun bacısıyam. Kərim də hər zaman efirdə deyib ki, "Nazənin bizim kişi qardaşımızdır". Bax bu söz səni yandırır. Mənim insanlara, insanların mənə olan hörməti səni xəstə edib, dəli-divanə edib, salıb çöllərə. Bu paylaşımları edən bir insandır və ətrafında da özü kimi 2-3 xəstə var. Pərviz 15 ildir mənim yanımdadır, mənim balamdır. O hələ indiyə qədər mənə "sən" deyə müraciət etməyib. And olsun bizi yaradan Allaha. Uca dağa daş atarlar. Onların yalanlarına, paylaşımlarına, iftiralarına inananlar da elə onlar səviyyəsindədir. Allah fırladıb onları elə bir tələyə saldı ki.. Qurban olum Allaha. Həmin səhifələrdə 3 müğənni ancaq təriflənir, onların bəy tərifi gedir. Mənəm, Flora xanımdır, bizim haqqımızda da ağızlarına gələni orada yazırlar. Deməli kim Flora xanıma bir xoş söz yazırsa, səhər tezdən səhifə açılır, o insanın şəkilini paylaşıb təhqir edirlər. Dünya dərəbəylik deyil, ölkənin qayda-qanunları var. Onlar elə bilməsinlər ki, biz susuruqsa, geri çəkilirik. Xeyr, yatmış şiri oyatmasınlar" deyə müğənni bildirib.


SON XƏBƏRLƏR

18 Mart 2024