• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdamda detonator partladı: ANAMA əməkdaşı XƏSARƏT ALDI - YENİLƏNİB

HADİSƏ

06 Aprel 2024 | 16:38 | Müəllif: Qalib İbrahimoğlu

Ağdamda detonator partladı: ANAMA əməkdaşı XƏSARƏT ALDI - YENİLƏNİB

Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Ağdam rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

    Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

    Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

     

    ***

    10.37

    İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

    Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

    Verilən məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

    Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb.

    Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Noyabr 2026