• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdamda döyüş sursatı aşkarlandı

HADİSƏ

09 Dekabr 2021 | 10:14

Ağdamda döyüş sursatı aşkarlandı

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qiyaslı kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən döyüş sursatı aşkar ediblər.

Polis əməkdaşları 1 əl qumbarası, 1309 ədəd müxtəlif çaplı güllələr götürərək aidiyyəti üzrə təhvil veriblər.


Ağdamda döyüş sursatı aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026