• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdamda ekskavator minaya düşdü

HADİSƏ

31 Dekabr 2021 | 15:47

Ağdamda ekskavator minaya düşdü

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşüb.

Bu barədə Bakıvaxtı.az-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Nəticədə ekskavatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026