• Bakı 19° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

CƏMİYYƏT

23 Iyun 2024 | 10:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Ağstafada toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Şadlıq saraylarından birində baş verən hadisədə səhhətində narahatlıq yaranan şəxslər xəstəxanaya çatdırılıb. Onların içərisində azyaşlılar da var.

Bakıvaxtı.az xəbər verir ki, toya qonaq gələnlərdən 40 nəfərdən çoxunun restoranda zəhərləndiyi iddia olunur. Ağstafa rayonundakı şadlıq saraylarının birində toy mərasimi zamanı axşam saatlarında qonaqlar arasında halsızlıq, ürəkbulanma və digər bu kimi əlamətlər özünü büruzə verməyə başlayıb. Artıq özünü pis hiss edən qonaqların sayı artdıqca rayon mərkəzi xəstəxanasına kütləvi müraciət qeydə alınıb. Təcili Tibbi Yarım avtomobilləri və xəstələrin yaxın qohumlarının vasitələri ilə zərərçəkənlər Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müraciət edən 40-dan çox şəxsin hər birinə lazımi tibbi yardım göstərilib. Əsasən Ağstafa və Tovuz rayonlarından olan qonaqların çoxu orta yaş qrupuna aid olsa da, içərilərində azyaşlılar da var. Toyda halı pisləşən daha bir neçə nəfər isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu səbəbdən toy məclisi də vaxtından tez yekunlaşdırılıb.

Hadisəyə ilkin səbəb kimi ev şəraitində hazırlanan salatların tərkibində gedən dəyişikliklər ehtimal edilir.

Dərhal hadisə yerinə Ağstafa Rayon Polis Şöbəsinin, Ağstafa Rayon Prokurorluğunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Şadlıq evində məclisdə qonaqların istifadə etdikləri zəhərlənmə ehtimalı verəcək qida vasitələrindən və içkilərdən analiz üçün nümunələr götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

***09:16

Ağstafada toyda zəhərlənənlər arasında bəy və gəlin də olub.

Bakıvaxtı.az xəbər verir ki. ümumilikdə 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

 

***00:29

Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.

 

***2024-06-22 23:13

Ağstafada toyda zəhərlənənlərin sayı artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.

***22:12

Ağstafada toy mərasimində zəhərləndiyi deyilən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, zəhərlənənlər:

2008-ci il təvəllüdlü N.Həsənov,

2010-cu il təvəllüdlü S.Quliyev,

1986-cı il təvəllüdlü K.Quliyeva,

1982-ci il təvəllüdlü S.Ələsgərova,

2007-ci il təvəllüdlü N.Həsənov,

1999-cu il təvəllüdlü İ.Hüseynov,

1995-ci il təvəllüdlü S.Məmmədlidir.

 

***

Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.

Onarın rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026