• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakıda intiharı təbliğ edən köşklə bağlı qərar - DİN

CƏMİYYƏT

22 Iyul 2024 | 21:19 | Müəllif: Subhan Mahmudov

Bakıda intiharı təbliğ edən köşklə bağlı qərar - DİN

Paytaxtın Yasamal rayonunda vətəndaşlara “intiharla müqayisəli qəhvə” satan şəxs barədə tədbir görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında DİN mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib.

“Polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbir görülməklə neqativ hal aradan qaldırılıb. Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub”, - o vurğulayıb.

Qeyd edək ki, paytaxtın Yasamal rayonunda intiharı təbliğ edən qəhvə köşkləri fəaliyyət göstərməyə başlayıb. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026